18 
Apr
2019
16:56
54
228
2150
Virtual karabakh

Əli Hüseynli: İşğal olunmuş ərazilərimizdə terrorçu qruplaşmalar yaradılır

18 Apr, 2019
16:56
2150

Əli Hüseynli: İşğal olunmuş ərazilərimizdə terrorçu qruplaşmalar yaradılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həll olunmamış münaqişələr, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatizm beynəlxalq terrorizm üçün münbit zəmindir.

Oxu.Az xəbər verir ki, bunu bu gün Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının “Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirdiyi konfransda Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri vurğulayıb ki, suveren dövlətlərin ərazilərində müxtəlif şüarlar altında yaradılan “boz ərazilər”də qanunazidd fəaliyyətlər aparılır, terrorçular hazırlanır, qanunsuz silah alveri həyata keçirilir:

“Azərbaycanın Dağlıq Qarabağ ərazisində terrorçu qruplar hazırlanır və onlardan Azərbaycana qarşı istifadə olunur”.

Ə.Hüseynli qeyd edib ki, xarici təhdidlərə baxmayaraq, Azərbaycanda təhlükəsizlik təmin edilir:

“Respublikamız təhlükəsizlik və sabitlik göstəricinə görə regionun lider ölkəsidir”

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri