24 
Apr
2019
15:14
49
150
1988
Virtual karabakh

YAP sədrinin müavini diaspor təşkilatlarını tənqid etdi

24 Apr, 2019
15:14
1988

YAP sədrinin müavini diaspor təşkilatlarını tənqid etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi diaspor təşkilatları fəaliyyətlərini dövlətdən dəstək almaq üzərində qurmağa çalışırlar. Bu, yanlışdır.

Oxu.Az xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən  “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbirdə Baş nazirin müavini, adıçəkilən partiyanın sədr müavini - icra katibi Əli Əhmədov deyib.

YAP sədrinin müavini bildirib ki, diaspor təşkilatları xalqa və dövlətə dəstək olmalıdırlar.

“Biz də bu istiqamətdə getməyə başlamalıyıq. Güclü dövlətin təsirləri də böyük olur.

Türkiyə və Azərbaycanın gücü artdıqca, təsir dairələrimiz, erməni yalanlarının qarşısını almaq imkanlarımız da genişlənəcək”, - deyən Ə.Əhmədov qeyd edib ki, keçmiş SSRİ hökuməti tərəfindən azərbaycanlılara qarşı deportasiya siyasəti həyata keçirilib.

“Bununla bağlı rəsmi sənədlər var. SSRİ-nin deportasiya siyasəti ilə bağlı digər xalqlar beynəlxalq səviyyədə məsələlər qaldırıblar.

Ermənilərə qarşı bu vasitədən də istifadə etməliyik”, - deyə Ə.Əhmədov əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri