25 
Apr
2019
18:43
119
31
5587
Virtual karabakh

Keşikçidağ monastırına giriş məhdudlaşdırılıb? - XİN münasibət bildirdi

25 Apr, 2019
18:43
5587

Keşikçidağ monastırına giriş məhdudlaşdırılıb? - XİN münasibət bildirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xarixi İşlər Nazirliyi (XİN) Keşikçidağ monastırına girişin məhdudlaşdırılması barədə məlumata münasibət bildirib.

XİN-nin mətbuat katibi Leyla Abdullayeva bəyan edib ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. 

“Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur.

Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”, - deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri