30 
Apr
2019
23:11
353
24
6052
Virtual karabakh

Azərbaycanda yeni “ASAN xidmət” mərkəzləri yaradılacaq

30 Apr, 2019
23:11
6052

Azərbaycanda yeni “ASAN xidmət” mərkəzləri yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il bölgələrdə beş “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur və beləliklə, onların sayı 20-yə çatacaq. 

Oxu.Az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

“Mənə verilən məlumata görə, Bakı şəhərində də yeni mərkəzlərin tikintisinə ehtiyac var. Çünki “ASAN xidmət”in funksiyalarının həcmi və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Biz “ASAN xidmət”i məhz ona görə yaratdıq ki, bu, asan olsun, bu xidmət rahat olsun, növbə olmasın, heç bir pozuntu olmasın, şəffaf olsun. Buna nail olmuşuq”, - deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, “ASAN xidmət”in bəyənmə əmsalı 100 faizə yaxındır. 

“Ancaq nəzərə alsaq ki, funksiya genişlənir və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, - ilkin vəsait də ayrıldı, - Bakı şəhərində əlavə iki “ASAN xidmət” mərkəzi yaradılsın və beləliklə, onların sayı 22-yə çatacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri