26 
May
2019
04:38
39
76
2964
Virtual karabakh

Böyük Britaniyanın Baş naziri olmaq istəyənlərin sayı artır

26 May, 2019
04:38
2964

Böyük Britaniyanın Baş naziri olmaq istəyənlərin sayı artır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə sabiq naziri Dominik Raab və ölkə parlamentinin İcmalar palatasının sabiq lideri Andrea Ledsom hakim Konservativlər partiyasının lideri və Britaniya hökumətinin rəhbəri vəzifəsi uğrunda mübarizə aparmağa hazır olduqlarını bildiriblər. 

Bu barədə Oxu.Az Sky News”-a istinadən xəbər verir.

Telekanalın məlumatına əsasən, hər iki siyasətçi Britaniyanın Aİ-dən çıxması haqqında mövcud sazişi bir daha nəzərdən keçirəcəklərini bildiriblər.

Daha öncə isə səhiyyə və sosial müdafiə naziri Mett Henkok, XİN-in sabiq rəhbəri Boris Conson, beynəlxalq inkişaf məsələləri üzrə nazir Rori Stüard, əmək və pensiya məsələləri üzrə sabiq nazir  Ester Makvi və parlamentari Qrem Breydi Böyük Britaniyanın Konservativlər partiyasına rəhbərlik etmək istədiklərini bildiriblər.

Xatırladaq ki, mayın 24-də Tereza Mey Böyük Britaniyanın Baş naziri postundan istefa verib. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri