İyn
2019
14:30
468
48
8433
Virtual karabakh

İlham Əliyev Fərman Salmanova görə Putinə təşəkkür etdi - YENİLƏNİB

3 İyn, 2019
14:30
8433

İlham Əliyev Fərman Salmanova görə Putinə təşəkkür etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, İlham Əliyev Rusiya Federasiyasının Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi ilə bağlı təşəkkürünü bildirib və bu qərarın Azərbaycan ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qəbul edildiyini vurğulayıb.

Telefon söhbəti zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əldə edilmiş nailiyyətlərdən məmnunluq ifadə olunub. Azərbaycan və Rusiya prezidentləri əlaqələrimizin inkişafına dair müxtəlif məsələlər və əməkdaşlığımızın perspektivləri, eləcə də gələcək təmaslar haqqında fikir mübadiləsi aparıblar.

14:05

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı fəal inkişaf edən Rusiya-Azərbaycan əməkdaşlıq məsələləri və müxtəlif səviyyələrdə gözlənilən təmaslar müzakirə olunub”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri