İyn
2019
17:40
17
204
5829
Virtual karabakh

Yerevan torpaqların qaytarılmamasından danışdı, proses isə Aprel döyüşlərindən başlayıb

7 İyn, 2019
17:40
5829

Yerevan torpaqların qaytarılmamasından danışdı, proses isə Aprel döyüşlərindən başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan siyasi dairələrində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ətrafında daxili çəkişmə davam edir.

Belə ki, bu yaxınlarda Ermənistan Baş naziri Nikol Paşinyan ona qədər danışıqların nə barədə getdiyindən xəbərsiz olan Dağlıq Qarabağ “hakimiyyəti”nə (sabiq prezident Serj Sarkisyanın hakimiyyəti dövründə – red.) Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarla bağlı sənədləri şəxsən təqdim etdiyini bəyan edib.

Cavab bəyanatında Qarabağ separatçılarının rəhbəri Bako Saakyan Paşinyanın sözlərini inkar edərək bildirib ki, indi də, keçmişdə də, Azərbaycanla danışıqlardan əvvəl və sonra da Ermənistan hakimiyyəti Qarabağ “rəhbərliyi”ni müzakirə olunan məsələlər barədə məlumatlandırıb.

Mövzu Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Tbilisiyə səfərindən sonra daha da inkişaf etdi. Mnatsakanyan jurnalistlərin Ermənistan Baş naziri və Dağlıq Qarabağ separatçılarının bir-birini təkzib edən bəyanatları ilə bağlı sualını cavabsız qoydu.

O, belə davranışını məsələnin bir daha öyrənilməsinin zəruriliyi ilə əsaslandırdı. Nazir Qarabağ “hakimiyyət”i tərəfdən Paşinyanın formalaşdırdığı “müəmmalı müharibə təxribatı” (Baş nazir onun hakimiyyətini sarsıtmaq məqsədilə cəbhə xəttində təxribatı nəzərdə tutur – red.) təhlükəsi də görmür:

“Mən səhv etməməyi məsləhət görərdim. Bizdə müəyyən məsələlər var, fikir ayrılığı, mübahisələr, bir çox şeylər var. Lakin biz birik”.

Yeri gəlmişkən, qeyd edək ki, ötən həftə belə bir təxribat törədilib – Ermənistanın işğalçı qoşunlarının atəşkəsi pozması nəticəsində cəbhə xəttində Azərbaycan zabiti mayor Aqil Omarov şəhid olub.

“Torpaqların verilməsi”nə gəldikdə, Mnatsakanyan bunu heç müzakirə etmək istəmir:

“Hakimiyyətin Ermənistanın, Ermənistan xalqının və Dağlıq Qarabağın (separatçıların – red.) maraqlarına cavab verməyən hər hansı fəaliyyət göstərə biləcəyini necə təsəvvür edə bilərsiniz? Belə şey ola bilməz”.

Yuxarıda göstərilən bəyanatlar, həmçinin, erməni işğalçıların cəbhədəki təxribatları həm Paşinyanın rəhbərlik etdiyi Yerevan siyasi dairələrinin nümayəndələri, həm də qondarma “Qarabağ hakimiyyəti”nin liderləri arasında ciddi fikir ayrılığının olduğuna işarə edir.

Qeyd etməliyik ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hazırdır və rəsmi Bakı bunu dəfələrlə bəyan edib. Lakin Mnatsakanyanın və digər erməni siyasətçilərin işğal olunmuş ərazilərin qaytarılmaması barədə bəyanatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların nəticəsiz qalmasına gətirib çıxarır.

Belə şəraitdə isə Azərbaycan öz diplomatlarını Silahlı Qüvvələrin əsgər və zabitləri ilə dəyişməyə məcbur olacaq.

Aprel döyüşləri də göstərdi ki, Azərbaycan üçün öz ərazilərinin azad edilməsi barədə bəyanatlar, sadəcə, söz yığınından ibarət deyil.

Aprel döyüşləri həmçinin göstərdi ki, Ermənistan liderləri üçün isə işğal altındakı torpaqların qaytarılmaması haqqında bəyanatlar quruca sözdür.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri