14 
İyn
2019
12:33
28
201
3870
Virtual karabakh

Spikerdən deputatlara xəbərdarlıq: Sözünüzü kəsəcəyəm

14 İyn, 2019
12:33
3870

Spikerdən deputatlara xəbərdarlıq: Sözünüzü kəsəcəyəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin sədri Oqtay Əsədov millət vəkillərinə xəbərdarlıq edib.

Oxu.Az-ın xəbərinə görə, parlamentin iclasında “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Şəmsəddin Hacıyev Azərbaycanın Ermənistanla müqayisə olunmasını düzgün hesab etmədiyini bildirib:

“Keçən dəfə burada bəziləri belə iddia etdi ki, Ermənistanda həyat səviyyəsi, inkişaf göstəriciləri guya bizdən yüksəkdir. Hamısı yalandır, çox qüsurlu müqayisədir! Məgər bu ölkənin başdan-ayağa rəzalət, çöküş içində olduğunu bilmirik?! Biz Ermənistandan hər bir məsələdə dəfələrlə yüksəkdəyik”.

Spiker isə deputatın çıxışını yarımçıq dayandırıb:

“Keçən dəfə kim dedi, nə dedi, indi bunun yeri deyil. Kim Nizamnamədən kənara çıxsa, müzakirə olunan məsələni qoyub, başqa məsələdən danışsa, onun sözünü kəsəcəyəm. Nizamnaməyə əməl edin!”

Kamil Həmzəoğlu

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri