15 
İyn
2019
11:26
736
104
24736
Virtual karabakh

Mehriban Əliyevadan Elçibəyin xanımının yas mərasimi ilə bağlı - GÖSTƏRİŞ

15 İyn, 2019
11:26
24736

Mehriban Əliyevadan Elçibəyin xanımının yas mərasimi ilə bağlı - GÖSTƏRİŞ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

Oxu.Az xəbər verir ki, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu) aparılıb.

Onu da bildirək ki, Əbülfəz Elçibəy 2000-ci il avqust ayının 22-də vəfat edib. Azərbaycanın ümummilli lideri, mərhum Prezident Heydər Əliyev onun dəfnində iştirak edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2012-ci ildə “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” qanunu təsdiqləyib.

Qanunla Azərbaycanın sabiq prezidentlərinə və onun ailə üzvlərinə bir sıra imtiyazlar verilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri