İyl
2019
13:23
261
51
7194
Virtual karabakh

Azərbaycanda viza ilə bağlı rüsum ləğv olunur

9 İyl, 2019
13:23
7194

Azərbaycanda viza ilə bağlı rüsum ləğv olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda viza rəsmiləşdirilməsi üçün nota verilməsi ilə bağlı dövlət rüsumu ləğv olunur.

Oxu.Az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib.

Qanun layihəsinə əsasən, Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün nota verilməsinə görə dövlət rüsumu ləğv olunur.

Hazırda sözügedən rüsum 4 manat təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri