30 
Avq
2019
15:34
152
263
9443
yuxarı
İsrail dronları İraq və İrana hücum üçün Azərbaycana gətirilib? - RƏSMİ AÇIQLAMA
30 Avq, 2019
15:34
9443
152
263
İsrail dronları İraq və İrana hücum üçün Azərbaycana gətirilib? - RƏSMİ AÇIQLAMA
İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən bildirib.
"Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir.
Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır", - deyə o qeyd edib.