12 
Sen
2019
17:36
232
19
2898
Virtual karabakh

XİN: Ölkəmiz Krımda keçirilən hər hansı “seçkilər”i tanımır

12 Sen, 2019
17:36
2898

XİN: Ölkəmiz Krımda keçirilən hər hansı “seçkilər”i tanımır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır.

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”i şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir.

Qeyd edək ki, Krımda qondarma “yerli seçkilər” sentyabrın 8-də keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri