13 
Okt
2019
11:57
418
56
8140
yuxarı
İlham Əliyev Aydın Süleymanlını təbrik etdi
13 Okt, 2019
11:57
8140
418
56
İlham Əliyev Aydın Süleymanlını təbrik etdi
Prezident İlham Əliyev Aydın Süleymanlını şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanması münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Əziz Aydın,
Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.
Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.
Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm”.