30 
Okt
2019
14:52
310
110
18671
Virtual karabakh

İsrailin Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

30 Okt, 2019
14:52
18671

İsrailin Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfirliyin fəaliyyətini dayandırmasının səbəbi maliyyə problemi ilə əlaqədardır.

“İsrail Maliyyə Nazirliyinin 2019-cu ilin iyulun 21-də Baş direktor tərəfindən imzalanmış razılaşmaları pozmaq və son on illiklər ərzində qüvvədə olan protokolun ziyanına olmaqla birtərəfli proseduru işə salmaq qərarına əsasən, diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq”, - deyə səfirliyi açıqlamasında bildirilib. 

Qeyd olunub ki, səfirlik konsul xidmətləri göstərməyəcək, ziyarətlər üçün bağlanacaq:

“İsrail diplomatları hər zaman ölkənin gücünü və dayanıqlığını artırmaq üçün səy göstərməyə çalışıblar. Təəssüf ki, Maliyyə Nazirliyinin qərarı bizə başqa bir seçim qoymur. Ümid edirik ki, bu böhran ən qısa zamanda həll ediləcək”.

Qeyd edək ki, İsrail büdcə məsələləri ilə əlaqədar dünyanın bütün ölkələrində səfirlik və konsulluqlarını (69 səfirlik, 23 konsulluq, beş xüsusi nümayəndəlik) müvəqqəti bağlayıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri