Noy
2019
16:51
35
213
2647
Virtual karabakh

Məmmədyarov: Sui-istifadəyə dözə bilmərik

5 Noy, 2019
16:51
2647

Məmmədyarov: Sui-istifadəyə dözə bilmərik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının “bir ölçü hamıya uyğundur” yanaşmasını tərk edərək Qonşuluq Siyasətinə yenidən baxış sərgiləməsi xoş bir addımdır. Avropa İttifaqı ölkələrin ehtiyac və istəklərinə əsaslanmalı olan fərqləndirmə və xüsusi hazırlanmış tərəfdaşlıq anlayışını əlavə etməyə çalışdı. Bu, ölkələrin öz seçimləri olmalıdır, Avropa İttifaqının yox.

Oxu.Az-ın xəbərinə görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov “Şərq Tərəfdaşlığı üçün yeni siyasi baxış” mövzusunda yüksək səviyyəli nazirlər seminarında deyib.

O bildirib ki, Azərbaycan, Avropa İttifaqı ilə özünəməxsus və fərqlənən gündəliyi həyata keçirmək üçün İttifaqdan çoxsaylı fərqləndirmə yollarını gözləyir.

“Hər bir tərəfdaşın iqtisadi inkişaf, geostrateji yerləşmə və regional təhdidlər üçün resursların təsiri altında formalaşan müxtəlif inkişaf strategiyaları və baxışları ola bilər. Məsələn, Azərbaycan Şərq Tərəfdaşlığı daxilində Avropa İttifaqının ən böyük investorudur. Lakin heç vaxt Şərq Tərəfdaşlığında “qabaqlayıcı” statusuna iddia etməyib”. 

Nazir qeyd edib ki, təhlükəsizlik sahəsində əməkdaşlıq, böyük ehtimalla, Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı dialoqunda önəmli bir ölçü olacaq.

E.Məmmədyarov onu da əlavə edib ki, beynəlxalq hüquqa əsaslanan qlobal nizam prinsiplərinə riayət etmək regionda problemlərin həlli və təhlükəsizlik problemlərinin aradan qaldırılması üçün ən yaxşı yoldur. O, Dağlıq Qarabağ münaqişəsinə də toxunub:

“Lakin Şərq Tərəfdaşlığının əsas öhdəliklərini yerinə yetirməliyik. 10 il əvvəl Praqada Şərq Tərəfdaşlığının əsasını qoyan Birgə Bəyannaməni qəbul etdik. Orada biz yekdilliklə Şərq Tərəfdaşlığının beynəlxalq hüquq prinsiplərinə əsaslanan öhdəliklər üzərində qurulacağına razılaşdıq. İşğal və Şərq Tərəfdaşlığının əsas prinsiplərindən sui-istifadə hallarına artıq dözə bilmərik.

Ermənistan nəinki Azərbaycan ərazilərini işğal altında saxlayır, həm sözdə, həm də əməldə bu prosesi pozur və münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri