22 
Noy
2019
16:16
705
56
5553
Virtual karabakh

İlham Əliyevdən Naxçıvanda yeni mərkəzin yaradılması ilə bağlı - SƏRƏNCAM

22 Noy, 2019
16:16
5553

İlham Əliyevdən Naxçıvanda yeni mərkəzin yaradılması ilə bağlı - SƏRƏNCAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 4,8 milyon (dörd milyon səkkiz yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri