10 
Dek
2019
14:34
20
128
3453
Virtual karabakh

YAP-dan parlament seçkiləri ilə bağlı qərar – Səlahiyyətli nümayəndələr təyin edildi

10 Dek, 2019
14:34
3453

YAP-dan parlament seçkiləri ilə bağlı qərar – Səlahiyyətli nümayəndələr təyin edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib.

Oxu.Az-ın məlumatına görə, YAP İdarə Heyətinin iclasında bildirilib ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir.

Qeyd olunub ki, bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur.

“Bu baxımdan 2020-ci ilin 9 fevralında Milli Məclisə  keçiriləcək seçkilər YAP-ın öz mövcud  qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir”,-deyə bildirilib.

Əlavə olunub ki, çox böyük seçki təcrübəsi olan,  cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən YAP-ın bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir.

İclasda Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri