10 
Dek
2019
14:45
921
37
4390
Virtual karabakh

İlham Əliyev İordaniyanın kralını qarşıladı - FOTO

10 Dek, 2019
14:45
4390

İlham Əliyev İordaniyanın kralını qarşıladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kral II Abdullahın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İordaniya Kralına raport verib.

İordaniya Kralı Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Kral II Abdullah fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İordaniyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Kral II Abdullaha, İordaniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın qarşısından keçib.

Prezident İlham Əliyev və Kral II Abdullah rəsmi foto çəkdiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri