12 
Dek
2019
15:59
14
221
5223
Virtual karabakh

Rəsmi Moskvadan Qarabağla bağlı açıqlama: “Əla nümunədir”

12 Dek, 2019
15:59
5223

Rəsmi Moskvadan Qarabağla bağlı açıqlama: “Əla nümunədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi tərəflərinin növbəti dialoq aparmaq üçün uyğunsuz olduğunu və mümkünsüzlüyünü qeyd etməyib.

Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib.

O, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) dekabrın 5-də Bratislavada keçirdiyi görüşü də şərh edib.

M.Zaxarova söyləyib ki, rəsmi Moskva tərəflər arasında uyğunsuzluq və ya sonrakı dialoqların imkansızlığını müəyyənləşdirməyib.

“Tərəflər mövqelərinin fərqli olduğunu söyləmədilər. Bu, aydındır, başqa cür olsaydı, danışıqlar prosesi də baş tutmazdı. Biz öz növbəmizdə vasitəçi kimi beynəlxalq funksiyaları yerinə yetirən bir ölkə olaraq, uzun müddətdir davam edən münaqişənin həlli naminə gələcək dialoqu davam etdirmək üçün əlimizdən gələni edəcəyik”, - deyə M.Zaxarova əlavə edib.

Rusiya XİN rəsmisi bildirib ki, münaqişə tərəfləri arasında tamamilə bir-birinə əks olan qırmızı xətlər var.

O söyləyib ki, bu, mövcud reallıqla bağlıdır:

“Mövqelərdəki fərqlərə və qeyd olunan qırmızı xətlərə baxmayaraq, qarşılıqlı anlaşmanın əldə olunduğu sahələrdə dialoq və qarşılıqlı fəaliyyət nümunələri mövcuddur. Biz xüsusilə jurnalistlərin qarşılıqlı səfərləri haqqında danışırıq.

Bu, əla bir nümunədir. Bu məsələdə vasitəçilərin rolu olduqca konstruktivdir. Ona görə də taktikanı dəyişdirmək lazım deyil. Vasitəçilər tərəfindən irəli sürülən mövcud mexanizmləri aktivləşdirmək lazımdır”.

M.Zaxarova Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya sonuncu səfərini də şərh edib.

O bildirib ki, S.Lavrovun Bakıdakı danışıqları və keçirdiyi görüşlər konstruktivlikdən də yaxşı ab-havada idi.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri