19 
Dek
2019
14:08
39
379
17829
Virtual karabakh

Azərbaycanda tutulan icra başçısının oğlu məhkəmə hakimidir - FOTO

19 Dek, 2019
14:08
17829

Azərbaycanda tutulan icra başçısının oğlu məhkəmə hakimidir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafanın tutulan icra başçısı Nizaməddin Quliyevin oğlu Nərimanov Rayon Məhkəməsinin hakimidir.

Oxu.Az-ın məlumatına görə, Nizaməddin Quliyevin oğlu Ramin Quliyevdir.

O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

2001-2007-ci illərdə Apellyasiya Məhkəməsinin məhkəmə iclas katibi, 2007-2010-cu illərdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin məsləhətçisi, məhkəmə iclas katibi, 2010-2013-cü illərdə Ali Məhkəmənin məhkəmə nəzarətçisi işləyib.

2013-cü ildən isə o, Nərimanov Rayon Məhkəməsinin hakimidir.

Qeyd edək ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Nizaməddin Quliyev aprelin 5-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri