26 
Dek
2019
14:01
401
120
15925
Virtual karabakh

Mehriban Əliyevaya köməkçi təyin edilən Andrey Sipilin kimdir? - DOSYE

26 Dek, 2019
14:01
15925

Mehriban Əliyevaya köməkçi təyin edilən Andrey Sipilin kimdir? - DOSYE

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib.

Azxeber.com xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunan Andrey Sipilin daha əvvəl “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

Yeni köməkçi bundan əvvəl - 2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Andrey Sipilin 1995-1999-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri