Yan
2020
16:31
1819
53
20907
Virtual karabakh

Prezident: Adam o şəkillərə baxanda dəhşətə gəlirdi, bu qədər məsuliyyətsizlik olarmı?

7 Yan, 2020
16:31
20907

Prezident: Adam o şəkillərə baxanda dəhşətə gəlirdi, bu qədər məsuliyyətsizlik olarmı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir.

Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar keçirdiyi qəbulda bildirib.

Ölkə başçısı qeyd edib ki, bütün bu müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqlar, böyük qüsurlar da olub.

“Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq”, - deyən Prezident 2018-ci ilin yayında Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzaya diqqət çəkib.

“Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə “Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi”,-deyə Prezident əlavə edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri