16 
Yan
2020
20:02
81
139
4256
Virtual karabakh

Baş nazir rusiyalı həmkarını təbrik etdi

16 Yan, 2020
20:02
4256

Baş nazir rusiyalı həmkarını təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə təbrik məktubu göndərib. 

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Mixail Vladimiroviç, Rusiya Federasiyası Hökumətinin Sədri təyin olunmağınız münasibətilə səmimi təbriklərimi qəbul edin. Dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan–Rusiya münasibətlərinin yüksək səviyyəsi xüsusilə təqdirəlayiqdir.  

Əminəm ki, birgə səylərlə ölkələrimiz arasında strateji tərəfdaşlığı gücləndirməyə, hər iki tərəf üçün səmərəli olan ticarət-iqtisadi və investisiya əməkdaşlığını genişləndirməyə nail ola biləcəyik. Azərbaycan ölkələrimizin dost xalqlarının faydası üçün bütün sahələrdə Rusiya ilə konstruktiv dialoqa ümid edir”. 

Baş Nazir Əli Əsədov Mixail Mişustinə möhkəm cansağlığı, rifah və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri