17 
Yan
2020
14:45
22
165
2555
Virtual karabakh

YAP ödənişsiz efir vaxtından imtina etdi

17 Yan, 2020
14:45
2555

YAP ödənişsiz efir vaxtından imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edir.

Oxu.Az-ın məlumatına görə, YAP bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır. 

O cümlədən dövlətdən maliyyələşən dövrü mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır.

Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri