24 
Yan
2020
14:17
448
113
6930
Virtual karabakh

Könül Nurullayeva: Görüşlərimiz davamlı olacaq - FOTO

24 Yan, 2020
14:17
6930

Könül Nurullayeva: Görüşlərimiz davamlı olacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

24 saylı Nizami Birinci seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Könül Nurullayeva bu gün seçki qərargahının üzvləri ilə Keşlə kənd məscidini ziyarət edib.

K.Nurullayeva “Facebook” hesabında bildirib ki, hər bir nəcib işə başlarkən ağsaqqallardan, ağbirçəklərdən, böyüklərdən xeyir-dua almaq çox vacibdir:

“Bilirsiniz ki, son 15 ildə Nizami 1-ci seçki dairəsinin deputatı SOCAR Prezidenti hörmətli Rövnəq Abdullayev olub.

Rövnəq müəllimin deputat olaraq bu dairədə gördüyü işlərin sayı və keyfiyyəti olduqca böyükdür.

Ona görə də təşviqata başlarkən onun da dəstəyini almaq mənim üçün çox vacib idi. Rövnəq müəllimdən xahiş etdim ki, bu gözəl gündə Keşlə məscidini birgə ziyarət edək, kənd ağsaqqalları ilə görüşək.

Keşlədə çox səmimi keçən görüşdə Azərbaycanımızın Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın apardığı uğurlu siyasət və həyata keçirilən böyük islahatlardan danışdıq. Qəsəbə sakinlərinin suallarını dinlədik. Sakinlər onları düşündürən problemlərə toxundular və onların həlli ilə bağlı qarşıda duran məsələləri qaldırdılar”.

Könül Nurullayeva qeyd edib ki, qaldırılan bütün məsələlərin həllinin daima diqqətində olacağına söz verib:

“Görüşlərimiz davamlı olacaq və seçki dairəmizin hər məntəqəsini əhatə edəcək”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri