Fev
2020
20:49
51
473
2329
Virtual karabakh

İsrail nümayəndələri: “Bakı son illər ərzində çox inkişaf edib” - VİDEO

9 Fev, 2020
20:49
2329

İsrail nümayəndələri: “Bakı son illər ərzində çox inkişaf edib” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycandakı parlament seçkilərini müşahidə edən İsrail nümayəndələri seçkinin şəffaf şəkildə keçirildiyini qeyd edib. 

Oxu.Az-ın xəbərinə görə, Milli Məclisə keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar israilli beynəlxalq müşahidəçi Roman Gureviç deyib ki, seçkilər şəffaf və effektiv keçirilib:

“Seçkilərdə iştirak üçün bir neçə gün əvvəl Bakıya gəlmişik. Bakı son illər ərzində çox inkişaf edib. Biz Bakının altı məntəqəsində müşahidələr apardıq. Müşahidələrimizə əsasən deyə bilərik ki, səsvermədə gənclər çox aktiv iştirak ediblər. Bu da müsbət haldır. Seçki prosesində hər kəs öz işini bilirdi və qanun pozuntusu qeydə alınmayıb”. 

Müşahidəçi Boris Qrosman isə bildirib ki, artıq Azərbaycanda seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinə ehtiyac yoxdur:

“Düşünürəm ki, siz artıq özünüz başqa ölkələrdə müşahidəçi kimi iştirak edə bilərsiniz. Müşahidə etdiyimiz məntəqələrdə yaşlı insanlar öz nəvələri ilə seçkiyə gəlirdilər. Belə soyuq, şaxtalı və küləkli havada seçicilərin gələcəyinə ümid etmirdik. Amma insanlar çox həvəslə, sevinərək seçkiyə gəlirdilər”.

B.Qrosman əlavə edib ki, İsrail Azərbaycanı sevir və hər zaman dəstəkləyir. Azərbaycan İsrail üçün həmişə qardaş və dost ölkə olub, olacaq.

Müşahidəçi Aleksey Tessarski Azərbaycanda insanların seçkiyə ciddi yanaşdığını deyib:

“Bu, onun nəticəsidir ki, insanlar öz həyatlarını dəyişdirən demokratik seçkilərin keçirilməsində maraqlıdır. Buna görə də hər kəs seçkidə iştirakı vacib hesab edir. Onlar ölkənin tarixinə biganə deyillər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri