10 
Fev
2020
15:45
9
404
1680
Virtual karabakh

Ukrayna müşahidə missiyası: “Seçki prosesində ciddi pozuntular müşahidə etməmişik”

10 Fev, 2020
15:45
1680

Ukrayna müşahidə missiyası: “Seçki prosesində ciddi pozuntular müşahidə etməmişik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz seçki prosesində ciddi qayda pozuntuları müşahidə etməmişik”.

Oxu.Az xəbər verir ki, bunu Ukrayna Parlamentinin müşahidə missiyasının üzvləri Azərbaycanda keçirilən parlament seçkilərində apardıqları müşahidələrin nəticələrini açıqlayarkən bildiriblər.

Ukraynalı müşahidəçilər seçki prosesini qənaətbəxş hesab etdiklərini deyiblər.

Missiya nümayəndəsi Valeriy Kolyux bildirib ki, seçkilər çox yüksək səviyyədə təşkil olunub:

“Seçkilərdə müxtəlif siyasi qüvvələrin və partiyaların namizədləri mübarizə aparıb. Dəyişkən hava şəraiti seçicilərin seçkilərdə iştirakına ciddi maneə yaratmayıb. Seçki Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirilib. Parlament seçkilərini Ukraynada keçirilən seçkilərlə müqayisə etsək görərik ki, proseslər çox oxşardır”.

Ukrayna Parlamentinin nümayəndəsi Vladimir Kreydenko isə yerli müşahidəçilərin aktivliyindən razı qaldığını deyib:

“Seçki siyahılarında seçicilərin adlarının dəqiq yoxlanılması və qeydiyyata alınması çox ciddi nizam-intizamla aparılıb. Təəssüf ki, müşahidəçi kimi iştirak etdiyimiz bəzi məntəqələrdə seçici fəallığı digərlərinə nisbətən daha zəif idi. Bunu hava şəraiti ilə əlaqələndirirəm. Lakin yenə də seçkilərin nəticələri ilə bağlı göstəricilər qənaətbəxş hesab edilə bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri