15 
Fev
2020
14:51
146
30
6340
Virtual karabakh

Bir neçə dairə üzrə şikayət DSK-lara göndərildi - YENİLƏNİB + VİDEO

15 Fev, 2020
14:51
6340

Bir neçə dairə üzrə şikayət DSK-lara göndərildi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə dairə üzrə şikayətlərlə bağlı qərar verilib. 

Oxu.Az xəbər verir ki, iclasda 112 saylı Qax Seçki Dairəsi, 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi, 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi, 63 saylı Sabirabad Birinci Seçki Dairəsi, 16 saylı Yasamal İkinci Seçki Dairəsi, 47 Saylı Mingəçevir Seçki Dairəsi, 60 Saylı Salyan-Neftçala Seçki Dairəsi, 107 saylı Qazax Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı da qərar verilib.

Həmçinin, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi və 31 saylı Suraxanı İkinci Seçki Dairəsi ilə bağlı şikayətlər araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.

14:30

Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar bir neçə dairə üzrə daxil olan şikayətlərə baxılıb. 

Oxu.Az-ın məlumatına görə, 82 saylı Ağcabədi, 94 saylı Bərdə kənd, 56 saylı Xaçmaz kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki dairələri üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edilib. 

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri