21 
Fev
2020
14:47
371
10
1942
Virtual karabakh

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib

21 Fev, 2020
14:47
1942

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib.

Səfirlikdən verilən məlumata görə, Ali Radanın hakim “Xalqın xidmətçisi”nin deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.

Məlumata görə, fevralın 14-də qeydə alınan qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb.

Xatırladaq ki, 2013-cü, 2015-ci və 2019-cu illərdə də Ali Radada qondarma “erməni soyqırımı” haqqında qanun layihəsinin müzakirəsinə cəhd edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri