22 
Fev
2020
16:47
188
13
4326
yuxarı
Daha bir dairə ilə bağlı qərar açıqlandı - Məntəqənin nəticələri ləğv edildi
22 Fev, 2020
16:47
4326
188
13
Daha bir dairə ilə bağlı qərar açıqlandı - Məntəqənin nəticələri ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar daxil olan müraciətlərə baxılır.
Oxu.Az-ın xəbərinə görə, MSK katibi Arifə Muxtarova 11 saylı Qaradağ Seçki Dairəsi üzrə daxil olan müraciət barədə məlumat verib.
Şikayəti qeydə alınmış namizəd Kamil Paşayev ünvanlayıb.
MSK iclasda qərara alıb ki, həmin dairənin 25 saylı seçki məntəqəsi üzrə nəticələr etibarsız sayılsın.
Qeyd edək ki, adıçəkilən dairədə lider namizəd Aydın Hüseynovdur.
Aqşin Kərimov