24 
Fev
2020
10:10
17
122
5025
Virtual karabakh

Seçki nəticələrinə “nöqtə” qoyub, “sözü” Konstitusiya Məhkəməsinə verənlər - ADLAR

24 Fev, 2020
10:10
5025

Seçki nəticələrinə “nöqtə” qoyub, “sözü” Konstitusiya Məhkəməsinə verənlər - ADLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 29-dək Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılmasına yekun vuracaq.

Oxu.Az-ın xəbərinə görə, MSK-nın iclaslarında namizədlərin şikayətləri ilə bağlı qərarları 17 nəfər verir.

Onlar namizədlərin şikayətlərini yoxlayır və məsələni səsverməyə çıxararaq qərar qəbul edirlər.

MSK-nın sədri Məzahir Pənahovdur. Rövzət Qasımov onun müavinidir. MSK-nın iki katibi var – Arifə Muxtarova və Mikayıl Rəhimov.

İclasda qərar layihələrinə səs verənlərin yerdə qalanları isə MSK üzvləridir.

Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Baxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazov MSK üzvləridir.

Bildirək ki, MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra müvafiq sənədləri 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsi isə 10 gün müddətində sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır.

Yoxlama vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə müvafiq sənədlərə baxılma müddətini artıra bilər.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri