21 
Mar
2020
13:01
228
156
2079
Virtual karabakh

Elnur Allahverdiyev: “Ümummilli problemlərlə mübarizədə bir olmalıyıq!” - FOTO

21 Mar, 2020
13:01
2079

Elnur Allahverdiyev: “Ümummilli problemlərlə mübarizədə bir olmalıyıq!” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vətəndaş cəmiyyətinin ən mühüm özəlliyi hər birimizin təhlükə qarşısında birləşib vahid cəbhədən çıxış edə bilməyimizdir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, vətəndaş-cəmiyyət-dövlət birliyi milli təhlükəsizliyin təmin olunması prosesinin ən vacib tələbidir:

“Hər birimiz vətəndaş olaraq ümummilli problem qarşısında tarixi məsuliyyətimizi dərk etməli, xalqımız naminə dövlətimizin yanında olmalı və dəstəyimizi əsirgəməməliyik.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri olaraq biz də COVID-19 epidemiyası ilə mübarizə çərçivəsində əmək haqlarımızın bir hissəsinin cənab Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürmək qərarına gəlmişik.

Güc birlikdədir! Ümummilli problemlərlə mübarizədə bir olmalıyıq! Bunu bacaracağıq!”

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri