Apr
2020
21:05
425
21
1604
Virtual karabakh

Pakistan XİN: “Qarabağda “seçkilər”in keçirilməsi münaqişənin dinc yolla həllinin qarşısını alır”

9 Apr, 2020
21:05
1604

Pakistan XİN: “Qarabağda “seçkilər”in keçirilməsi münaqişənin dinc yolla həllinin qarşısını alır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Ayşə Faruki Qarabağda qondarma “seçkilər”in təşkil olunmasının beynəlxalq hüququ açıq şəkildə pozulması olduğunu deyib.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Təşkil etdiyi həftəlik mətbuat konfransında açıqlama verən Faruki bildirib ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməkdə davam edir.

Faruki “Seçki qərarı Ermənistanın Qarabağ probleminin dinc yolla həlli üçün danışıqların qarşısını almaq məqsədilə etdiyi hərəkətlərdən biri olaraq görülür. Pakistan Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını dəstəkləməkdə davam edəcək”, - deyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri