14 
May
2020
10:43
478
67
7051
Virtual karabakh

Qarabağ: Müharibə variantı gündəmə gələ bilər – ŞƏRH

14 May, 2020
10:43
7051

Qarabağ: Müharibə variantı gündəmə gələ bilər – ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti üçün birinci dərəcəli əhəmiyyətə malik problemdir”.

Bunu Oxu.Az-a politoloq Qabil Hüseynli Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı prioritetləri şərh edərkən deyib.

Onun fikrincə, Qarabağ münaqişəsinin həlli ya sülh yolu ilə məntiqi sonluğuna çatacaq, ya da Azərbaycan hərbi resurslarını istifadə edərək ərazi bütövlüyünü bərpa edəcək.

“Ermənistan isə qeyri-konstruktiv mövqedədir. Zənnimcə, koronavirus pandemiyasından sonra siyasi danışıqlar prosesində canlanma olmasa, hərbi variant bütün kəskinliyi ilə gündəmə gələcək”, - deyə Q.Hüseynli əlavə edib.

Qeyd edək ki, mayın 18-dən 22-dək Azərbaycan ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə 10 000-dək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Q.Hüseynli hesab edir ki, Azərbaycan ordusunun genişmiqyaslı təlimlərini müharibəyə hazırlıq məşqləri kimi qiymətləndirmək olar.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri