20 
May
2020
20:32
918
386
2891
Virtual karabakh

Millət vəkili: “Gənclərimiz İlham Əliyevin etimadını qazanmağı bacarıb” - VİDEO

20 May, 2020
20:32
2891

Millət vəkili: “Gənclərimiz İlham Əliyevin etimadını qazanmağı bacarıb” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda gənclər aparıcı qüvvəyə çevrilərək Prezident İlham Əliyevin etimadını qazanmağı bacarıb. Ölkə başçısının həmin gəncləri yüksək vəzifələrə təyin etməsi bunun əyani sübutudur”.

Bu sözləri REAL TV-yə müsahibəsində millət vəkili Ülvi Quliyev səsləndirib. 

O deyib ki, Azərbaycan Prezidenti gənclər siyasətinə xüsusi diqqət ayırır:

“Ümumilikdə gənclər siyasəti ilə bağlı bizim mükəmməl qanunvericilik bazamız var. Son illərdə biz “Gənclər siyasəti haqqında” Qanuna fundamental dəyişikliklər etmişik. Dəyişikliyin əsas məqsədi odur ki, gənclər üçün bütün istiqamətlərdə şərait yaransın. Gənclərimiz də bu imkanlardan yaxşı mənada faydalanırlar”.
 
 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri