24 
May
2020
22:20
142
205
2244
Virtual karabakh

Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı olub

24 May, 2020
22:20
2244

Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğlunun Azərbaycanın 28 May Respublika Günü münasibətilə səmimi təbriklərini qəbul edib. 

Tərəflər habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə ediblər.

Nazirlər həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri