İyn
2020
13:07
22
93
4403
Virtual karabakh

Deputat söz atdı: “Vaqif Hüseynovun və Vəzirovun qapısı ağzında “yatanlar” üzə çıxarılacaq”

1 İyn, 2020
13:07
4403

Deputat söz atdı: “Vaqif Hüseynovun və Vəzirovun qapısı ağzında “yatanlar” üzə çıxarılacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cəmiyyət bəzi ünsürlərdən təmizlənəcək, daha da sağlam olacaq”. 

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Musa Qasımlı bildirib. 

Onun sözlərinə görə, vaxtilə Vaqif Hüseynov və Əbdürrəhman Vəzirovun qapısının ağzında “yatanlar” üzə çıxarılacaq. 

“Cəmiyyət daha da sağlamlaşacaq”, - deyə M.Qasımlı əlavə edib. 

Qeyd edək ki, Vaqif Hüseynov 1989-1991-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri olub. 

Əbdürrəhman Vəzirov isə 1988-ci ilin mayından 1990-cı ilin 20 yanvarına qədər Azərbaycana rəhbərlik edib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri