15 
İyn
2020
12:02
440
194
1330
Virtual karabakh

Leonid Slutski: “Qurtuluş Günü çox təsirli bayramdır” - ŞƏRH

“15 iyun Azərbaycanın yeni tarixində ən vacib günlərdən biridir. Qurtuluş Günü çox həssas, təsirli bayramdır. Bizim dövrün adamları Azərbaycanda Prezident Əbülfəz Elçibəyin dövründə yaranan ağır zamanları xatırlayırlar”.

Bunu Media.Az-a açıqlamasında Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin sədri Leonid Slutski deyib.

“Ümummilli lider Heydər Əliyevin Bakıya qayıtması həqiqətən Azərbaycan xalqı üçün xilas oldu. Heydər Əliyev bugünkü Azərbaycan dövlətinin qurucusu oldu. Bu gün onun işini ölkəni gücləndirən və inkişaf etdirən Prezident İlham Əliyev davam etdirir”, - deyə Leonid Slutski vurğulayıb.

Onun sözlərinə görə, Qurtuluş Günü iqtisadiyyatın inkişaf etdiyi Azərbaycan üçün yeni bir eranın, dövrün başlanğıcıdır.

“Mən Azərbaycan xalqını və Heydər Əliyevin Bakıya qayıtmasında iştirakı olanları təbrik etmək istəyirəm. Onlar həmin dövrdə həlli mümkün görünməyən problemlər kompleksinin aradan qalxmasına kömək edən əsl qəhrəmanlardır. Ümid edirəm ki, Qurtuluş Günü əbədi olaraq Azərbaycanın ən əhəmiyyətli bayramlarından biri olaraq qalacaq”, - deyə L.Slutski sözünü yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri