24 
İyn
2020
17:59
102
134
1663
Virtual karabakh

Azərbaycan pandemiya dövründə dünya birliyini həmrəyliyə çağıran azsaylı ölkələrdən oldu - VİDEO

24 İyn, 2020
17:59
1663

Azərbaycan pandemiya dövründə dünya birliyini həmrəyliyə çağıran azsaylı ölkələrdən oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pandemiya dövründə dünyada, gözlənildiyinin əksinə olaraq, qlobal həmrəylik cəhdləri yüksək səviyyədə olmadı. Daha çox fəallıq göstərənlər prosesdən siyasi maraq güdən və nüfuz dairəsi yaratmaq istəyən dövlətlər oldu ki, onların bu addımı tənqidlə qarşılandı. Yalnız az sayda dövlətlər var idi ki, dünya birliyində müsbət mənada səfərbərlik və həmrəylik yaratmağa çalışdı.

Belə ölkələrdən biri də Azərbaycan oldu.

Məhz Azərbaycanın təşəbbüsü ilə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə bir neçə beynəlxalq tədbir keçirilib ki, bunlar da birbaşa Prezident İlham Əliyevin göstərişi və iştirakı ilə baş tutub.

Aprelin 10-da Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirilib.

Mayın 4-də yenə dövlət başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında koronavirusla mübarizəyə həsr olunmuş “Biz COVID-19-a qarşı birlikdəyik” mövzulu Zirvə görüşü uğurla baş tutdu.

Bundan başqa, Azərbaycan qlobal miqyasda pandemiya ilə mübarizəyə ciddi töhfələr verib. Dövlətimiz Ümumdünya Səhiyyə təşkilatına, fərdi qaydada 14, Təşkilat xətti ilə 15 olmaqla, 29 ölkəyə humanitar yardım göstərib.

Qeyd etmək lazımdır ki, Azərbaycan özü çətin vəziyyətdə olmasına rəğmən, yardıma ehtiyacı olan dövlətlərə dəstək olmağa çalışıb, eyni zamanda beynəlxalq qurumların koronavirus məsələsində səfərbərlik, ortaq mövqedən çıxış etməsi üçün təşəbbüs göstərib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə təşkil olunan videokonfransda BMT, ÜST və digər qurumların rəhbərləri də iştirak edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri