25 
İyn
2020
14:04
296
108
2715
Virtual karabakh

Deputat Prezidentin ictimai qınaqla bağlı dediklərini şərh etdi

25 İyn, 2020
14:04
2715

Deputat Prezidentin ictimai qınaqla bağlı dediklərini şərh etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezident İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında dövlətin koronavirus pandemiyasına qarşı apardığı mübarizəyə dair geniş nitq söylədi. Prezident bildirdi ki, dövlət üzərinə düşən vəzifələri ən yüksək səviyyədə icra edib və bundan sonra da belə olacaq”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, xüsusi karantin rejimi ilə bağlı son yumşalma tədbirlərindən sonra insanlarda koronavirusa münasibətdə inamsızlıq yarandı.

Millət vəkili söyləyib ki, bir qisim insan qoyulan qaydalara əməl etməkdən boyun qaçırdılar.

“Belə vətəndaşlarımızın ucbatından son günlər görürük ki, virusa yoluxanların sayı artır. Buna görə də, ölkənin səkkiz şəhər və rayonunda 14 günlük sərt karantin rejimi tətbiq olundu. Amma sərt karantin rejimində də bəzi vətəndaşlar sosial məsuliyyətlərini dərk etmirlər. Prezident bir daha qeyd etdi ki, məhz bu cür vətəndaşların ucbatından dövlətin gördüyü mübarizə tədbirləri effektini itirdi”, - deyə, C.Osmanov əlavə edib.

Deputatın sözlərinə görə, vətəndaşların məsuliyyətsizliyi ölkənin iqtisadiyyatına da ziyan vurur. O, prezidentin qapalı yerlərdə tibbi maskadan istifadə etməsinin də nümunəvi olduğunu diqqətə çatdırıb:

“Ölkə başçısı dedi ki, o, qapalı yerlərdə tibbi maskadan istifadə edirsə, hər bir Azərbaycan vətəndaşı qoyulan qaydaları yerinə yetirməlidir. Əks təqdirdə, ölkəmizdə səhiyyə sistemi çökə, iqtisadiyyatımız daha çox zərər görə bilər. Prezident məsuliyyətsiz vətəndaşlara qarşı ictimai qınağın vacibliyini də vurğuladı”.

Xatırladaq ki, iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak ediblər.

Prezident çıxışında deyib ki, koronavirusla mübarizədə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır:

“Mən bu məsələ ilə bağlı operativ qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri