30 
İyn
2020
14:33
63
98
2195
Virtual karabakh

Mixail Roşin: “Ermənistan əhalisinin yarıdan çoxu Rusiyada yaşayır” - MÜSAHİBƏ

30 İyn, 2020
14:33
2195

Mixail Roşin: “Ermənistan əhalisinin yarıdan çoxu Rusiyada yaşayır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yerevandakı Rusiya səfirliyinin və Rusiya Federasiyasındakı Erməni Apostol Kilsəsinin açıqlamaları Ermənistanda qəzəb doğurub.

Başlayaq Ermənistan parlamentində ilk oxunuşda qəbul edilmiş “Audiovizual media haqqında” qanuna Yerevandakı KİV-lərin xahişi ilə Rusiyanın bu ölkədəki diplomatik nümayəndəliyinin verdiyi şərhdən.

Parlamentdə birinci oxunuşunda qəbul edilmiş layihə Ermənistanda audiovizual medianın işinin hüquqi bazasını tənzimləyən qanunvericilik aktıdır. Yeni qanun Rusiya telekanallarının Ermənistanda yayımlanmasına təsir edəcək.

Rusiya səfirliyi olduqca diplomatik reaksiya verərək, bu məsələnin Ermənistanın suveren dövlət olaraq, daxili işi olduğunu qeyd etdi. Bununla yanaşı, mətndə Ermənistan dövlətinin yaranmasının ilk mərhələsində rus dilinin rəsmi baxımdan hər hansı xüsusi statusa malik olmadığı qeyd olunur.

“Yeni tələblər mahiyyətcə bu prosesi davam etdirir. Lakin faktiki olaraq, bu gün rus dili Ermənistanda xarici dil olmaqdan daha böyük əhəmiyyət daşıyır. Biz bilirik ki, Ermənistan vətəndaşlarının xeyli hissəsi birbaşa Rusiya ilə bağlıdır - kimsə orada işləyir, kimisi tez-tez orada yaşayan qohumlarını ziyarət edir və s.”.

Səfirliyin açıqlamasında qeyd olunur ki, yeni qanunvericilik tələblərini nəzərə alaraq, istər-istəməz kabel televiziyası paketlərinin mövcudluğu məsələsi ortaya çıxır.

“Əgər şəxs vahid televiziya kanalı paketinin onun informasiya ehtiyaclarını ödəmədiyi qənaətinə gələcəksə, o zaman kabel televiziyasının xeyrinə seçim etmək məcburiyyətində qalacaq. Ancaq etiraf edək ki, bu gün Ermənistanda hamının belə imkanı yoxdur.

“Sasna Tsrer” ümumerməni hərəkatı xüsusi bəyanatla çıxış edərək, qeyd edib ki, Rusiya Federasiyası Ermənistandakı səfirliyi vasitəsilə Ermənistanın daxili işlərinə müdaxilə edir.

“Biz Rusiya Federasiyasının milli kimliyimizin əsasını təşkil edən erməni dili ilə bağlı uzunmüddətli və hörmətsiz siyasətini pisləyirik. Rusiya dövləti rus dilinin bizim üçün xarici dil olduğunu və bu statusda qalmaqda davam etdiyini qəbul etmək məcburiyyətində olduğunu qəbul etməli, Rusiyanın və rus dilinin tariximizin müəyyən bir mərhələsində oynadığı rolun gələcəkdə azalacağını qəbul etməlidir”, - deyə, hərəkatın yaydığı bəyanatda bildirilir.

Erməni Apostol Kilsəsinin mövqeyinə gəlincə.

Sosial şəbəkələrin erməni seqmenti və “Telegram” istifadəçiləri Erməni Apostol Kilsəsinin Rusiya Federasiyasının Konstitusiyasına edilən düzəlişlərlə əlaqədar bəyanatını hiddətlə qarşılayıb.

Moskvadakı erməni iyerarxları Rusiyanı “ata yurdu” adlandırdılar. Bu, təəccüblü deyil, çünki dindarların əksəriyyəti Rusiya Federasiyasının vətəndaşlarıdır. Ermənistanda əhalinin əhəmiyyətli hissəsi açıqlamaya sərt reaksiya verdi. Bir çoxları açıq şəkildə yazdı ki, Rusiya Federasiyasındakı Erməni Apostol Kilsəsinin nümayəndəliyi onlar üçün mövcud deyil.

Media.Az baş verən hadisələrə münasibət öyrənmək üçün Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi Mixail Roşinə müraciət edib.

- Ermənistan Parlamenti rus dilində yayım haqqında qanunu birinci oxunuşda qəbul etdi. Bu, əlbəttə ki, hər bir ölkənin suveren hüququdur. Parlamentdəki qərardan sonra jurnalistlər Rusiya Federasiyasının Yerevandakı səfirliyinə müraciət etdilər və diplomatik missiya Ermənistan hökumətinin qərarını şərh etdi. Səfirliyin cavabı diplomatik, ölçülüb-biçilmiş oldu. Ancaq Ermənistanda Rusiyanı ölkənin daxili işlərinə açıq müdaxilə etməkdə ittiham etdilər...

- Nə deyə bilərəm, mən uzun müddətdir Ermənistanda olmamışam. Ötən əsrin 90-cı illərində oranı ziyarət etdikdə ziyalılarla, bizim sahənin adamları ilə söhbət etmək fürsətim olub. Hələ o zaman ali məktəblərdə dərs deyən rusdilli ermənilərin şikayətlərini dinləmişdim. Onlara rus dilində mühazirələr aparmaq qadağan olunmuşdu. Moskvada və ya Sankt-Peterburqda rus dilində təhsil almış bir şəxs erməni dilində necə dərs deyə bilər? Başa düşdüyüm qədərilə, bu, olduqca köhnə tendensiyadır. Bundan əlavə, Ermənistan əhalisi, demək olar ki, monoetnikdir.

Rusiyada yaşayan və rus dilində danışan böyük erməni diasporunu da nəzərə almalıyıq. Yeri gəlmişkən, Rusiyadakı Azərbaycan diasporu da kiçik deyil.

- ...Azərbaycanda tədrisin rus dilində aparıldığı yüzlərlə məktəb var və heç kim bu məsələdə problem görmür.

- Bu, Azərbaycanın doğru yanaşmasıdır. Ermənistana qayıdaraq, demək istəyirəm ki, bu ölkədə, çox güman ki, adekvat və ağıllı insanlar qalır. Başa düşmək lazımdır ki, Ermənistan əhalisinin yarıdan çoxu Rusiyada yaşayır. Bəlkə də, rus dilindən imtina xətti baş nazir Nikol Paşinyan və yeni rəhbərliklə əlaqəlidir.

- Əvvəlki hökumətin vaxtında tədrisin rus dilində aparıldığı məktəblərin açılması ilə bağlı qızğın müzakirələr olmuşdu (Ermənistanda rus dili xarici dil kimi tədris olunur).

- Bu tendensiya mənə aydındır. Məsələ əhalinin yekcinsliyindədir. Lakin Rusiya ilə əlaqələri nəzərə alsaq, bu, olduqca qəribədir. Rus dili postsovet məkanında ünsiyyət dilidir. Ermənistan hakimiyyətinin yürütdüyü siyasət, əslində, ölkənin təcrid olunmasına gətirib çıxarır və şübhəsiz ki, faydalı olmayacaq.

- Siz necə hesab edirsiniz, Ermənistanda rus dilinə münasibət Nikol Paşinyan dövründə pisləşən Moskva-Yerevan münasibətləri ilə əlaqəlidirmi? Ermənistanda hətta Erməni Apostol Kilsəsi Rusiya Federasiyasının Konstitusiyasına edilən düzəlişlərə dəstək verərək Rusiyanı “ata yurdu” adlandırdığı üçün kəskin tənqidə məruz qaldı.

- Bu, əlbəttə ki, absurddur. Daha əvvəl də söylədiyim kimi, bu, 90-cı illərin ortalarında danışılan tam erməniləşdirmə tendensiyasıdır. Ancaq bu, səhv siyasətdir. Ümumiyyətlə, Ermənistanda kimin necə davranacağı tam aydın deyil.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri