İyl
2020
16:35
140
42
1647
Virtual karabakh

COVID-19-a görə bəzi məhsulların idxal rüsumundan azad edilmə müddəti uzadıldı - QƏRAR

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib. 

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. 

Qərara əsasən, koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində Azərbaycana xaricdən idxal olunduğu nəzərə alınaraq, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı cari ilin sentyabrın 1-dək gömrük rüsumundan azad olunub.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş bu qərar əhalinin və tibb müəssisələrinin zəruri tibbi ləvazimatlara olan tələbatının münasib qiymətlərlə ödənilməsi və bir sıra tibbi vasitələr üzrə ehtiyatların gücləndirilməsi məqsədilə qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri