10 
İyl
2020
11:17
26
121
3057
Virtual karabakh

Ədalət Vəliyev parlament partiyalarını niyə bir araya topladı? - ŞƏRH

“Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılandan sonra siyasi partiyalarla iş sahəsində çox böyük canlanma yaranıb. Bu şöbənin rəhbəri Ədalət Vəliyev mütəmadi olaraq partiya rəhbərləri ilə görüşür, onların təkliflərini və problemlərini dinləyir. Ədalət Vəliyev partiya rəhbərlərinin qaldırdığı məsələləri ölkə rəhbərliyinə çatdırır”.

Bunu Oxu.Az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

İyulun 7-də Milli Məclisin spikeri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə parlamentdə təmsil olunan partiya rəhbərlərinin videokonfrans formatında görüşü keçirilib.

Ekspert iclasın perspektivini şərh edərkən bildirib ki, Azərbaycanda siyasi islahatlar dərinləşəcək.

“Milli Məclisin vitse-spikerlərindən biri (Fəzail İbrahimli - red.) müxalifət partiyasının nümayəndəsidir. Bundan başqa, parlamentin komitələrinin rəhbərliyində də Milli Məclisdəki müxalifət partiyalarının deputatları təmsil olunur”, - deyə Q.Hüseynli əlavə edib.

Politoloq qeyd edib ki, Azərbaycanda idarəetmədə çoxpartiyalı sistemə keçidə başlanılıb:

“Ölkədə çoxpartiyalı siyasi sisteminin yaradılması və idarəetməyə cəlb olunması istiqamətində ciddi addımlar atılır”.

Xatırladaq ki, iyulun 7-də keçirilən sözügedən iclas “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr olunmuşdu.

Həmin görüşün sonunda parlamentdə təmsil olunan partiyalar birgə bəyanat qəbul ediblər.

Bəyanatda Prezident tərəfindən dövlət idarəçiliyində aparılan islahatların yeni mərhələsinə dəstək ifadə edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri