15 
İyl
2020
16:40
312
597
4731
Virtual karabakh

Vitse-spiker Milli Məclisə hücumdan danışdı: “Təxribatçılar erməniyə bərabərdir”

15 İyl, 2020
16:40
4731

Vitse-spiker Milli Məclisə hücumdan danışdı: “Təxribatçılar erməniyə bərabərdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əfsuslar olsun ki, sapı özümüzdən olan baltalar var. Neftin qiymətinin aşağı düşməsinə çırtma çalıb, sevinib-oynayanlar var. Görün, biz necə insanlarla bir ölkənin vətəndaşlarıyıq?! Bu cür insanlarla bir ölkədə yaşamaq olarmı?!”

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev Tovuzun Ağdam kəndinin sakinləri ilə söhbətində deyib. 

O, Bakıda Qarabağ mitinqləri zamanı bir sıra insanların Milli Məclisdə təxribat törətməsinə də münasibətini açıqlayıb. 

Vitse-spiker qeyd edib ki, Azərbaycanın daxilində “beşinci kolona” xidmət edənlər olmasa, biz daha böyük uğurlara imza ata bilərik. 

“Dünən xalqımızın ordumuza dəstəyi nümayiş etdirildi. Onların hərəkətinə maneə yaradılmadı. Xalqımız ötən gün bütün beynəlxalq aləmə sübut etdi ki, hər zaman Azərbaycan əsgərinin yanındadır və Ali Baş Komandanın əmrini gözləyir”, - deyə, o əlavə edib. 

O təəssüf hissi ilə bildirib ki, ordumuza dəstək tədbirində təxribata əl atan qüvvələr də oldu. 

“İnsanlar tapıldı ki, görülən işlərə kölgə salsınlar. Amma təxribatçıların arzuları ürəklərində qalacaq. Çoxluq ordumuzun tərəfindədir, çoxluq Azərbaycan şəhidinə hörmətlə yanaşır. Biz təxribatçı azlığı erməniyə bərabər tuturuq. Sağlıq olsun, biz onlara qarşı da mübarizə aparacağıq. Hüquq-mühafizə orqanları təxribatçılara qarşı tədbir görəcək”.

Fərdin İsazadə 
Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri