17 
Sen
2020
11:11
131
13
2061
Virtual karabakh

Əfv Komissiyasının əvvəlki tərkibinin qeyri-qanuni hərəkətlərə yol verməsi barədə şübhələr var - AÇIQLAMA

17 Sen, 2020
11:11
2061

Əfv Komissiyasının əvvəlki tərkibinin qeyri-qanuni hərəkətlərə yol verməsi barədə şübhələr var - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əfv Məsələləri üzrə Komissiyanın bundan əvvəlki tərkibinin üzvlərinin qeyri-qanuni hərəkətlərə yol verməsi barədə mənə məlumatlar daxil olub”. 

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin iclasında deputat Elman Nəsirov deyib. 

O bildirib ki, Komissiyanın əvvəlki üzvlərindən bəzilərinin sürücüləri məhkumların yaxınları ilə əlaqə quraraq, onların əfv siyahısına salınmasına kömək edəcəyini deyib. 

“Bu haqda məlumatlar var, bilmirəm düzdür, ya yox. Amma hər halda bu, ciddi bir siqnaldır. Məndə olan məlumata görə, Komissiyanın deputat üzvlərindən birinin sürücüsü belə hərəkətə yol verib”, - deyə E.Nəsirov əlavə edib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri