22 
Sen
2020
17:27
700
28
5115
Virtual karabakh

Ermənistanda Paşinyan əleyhinə ümumxalq etiraz aksiyaları başlayır

Ermənistanın “Daşnaktsütyun”, “Çiçəklənən Ermənistan” və “Vətən” partiyası Baş nazir Nikol Paşinyanın siyasətinə qarşı ümumxalq etiraz aksiyası keçirəcəklərini elan ediblər.

Partiyaların birgə açıqlaması aysor.am saytından dərc edilib.

Müxalifətin mitinqi 8 oktyabr tarixində İrəvanın Azadlıq Meydanında keçiriləcək.

Aksiyanın təşkilatçıları Ermənistan vətəndaşlarının hökumətin fəaliyyətindən narazı olduqlarını qeyd ediblər.

2018-ci ildə hakimiyyətə gələn N. Paşinyanın komandası nəinki ölkədəki total korrupsiyanı aradan qaldırmağı bacarıb, əksinə özü cinayət sxemlərinin bir hissəsinə çevrilib.

“2018-ci ilin baharındakı ümummilli hərəkat ölkənin inkişafı üçün keyfiyyətcə yeni imkanlar yaratdı. Cəmiyyətdə, xüsusən keçmişdəki hadisələri geridə qoymaq, ölkədə ədaləti bərpa etmək və daha firavan gələcəyi təmin etmək üçün haqlı gözləntilər formalaşmışdı. Lakin son iki ildə ictimaiyyətin gözləntiləri özünü doğrultmadı. Hökumətin fəaliyyəti iflasa uğradı. Ölkənin inkişafı təhlükə altındadır. Hakim siyasi qüvvə dövlətçiliyimiz üçün yaranan çətinliklərə tab gətirmək iqtidarında olmadığını göstərdi”, - partiyaların hazırladığı birgə bəyanatda belə yazılıb.

Müxalifət partiyaları hesab edir ki, ölkədə “keyfiyyətcə milli hakimiyyətin formalaşması” zərurəti yaranıb.

Ermənistan parlamentində hakim “Mənim addımım” blokundan olan Suren Qriqoryan müxalifətin paytaxtda genişmiqyaslı mitinq təşkil etmək planlarına münasibət bildirib.

Parlamentari cəmiyyətdə narazılığın olduğunu etiraf edib. Bununla belə, o, hər bir vətəndaşın etiraz aksiyasında iştirak etmək hüququna sahib olduğunu qeyd edərək, etiraz aksiyalarının perspektivlərini qiymətləndirməkdən çəkinib.

“Bütün məsələlərdə yüzfaizli konsensus əldə oluna bilməz. Bizim üçün hər bir vətəndaşın narazılığı vacibdir”, - deyə S. Qrigoryan

Bundan əvvəl yayılan məlumatlara görə, Nikol Paşinyanın ailəsi Rusiyaya siqaret qaçaqmalçılığı mafiyası sxeminin bir hissəsinə çevrilib.

Qeyd edilirdi ki, qeyri-leqal yüklərin göndərilməsi üzrə sxemdə N. Paşinyanın qohumu və Ermənistan parlamentində “Mənim addımım”  fraksiyasının deputatı Sipan Paşinyan da iştirak edib.

Yerli mediada yayılan xəbərlərə görə, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan və onun qardaşı Qraç Akopyan da qanunsuz ticarətlə məşğuldurlar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri