28 
Sen
2020
20:42
1596
62
4133
Virtual karabakh

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın təxribat cəhdlərini pislədi

28 Sen, 2020
20:42
4133

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın təxribat cəhdlərini pislədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistan hərbi qüvvələrinin Azərbaycan Respublikasına qarşı təkrarlanan təxribat və hücumlarını pisləyib.

İƏT-in Baş katibliyi Ermənistanın Azərbaycan ərazisi daxilində bir neçə mövqedə atəşkəs rejimini pozaraq mülki insan tələfatına səbəb olan hücumlarını dərin narahatlıqla izlədiyini bildirib.

Bu qurum Azərbaycanla həmrəyliyini bir daha ifadə edib və İƏT-in qərar və qıtnamələrini, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən tam və qeyd-şərtsiz çıxarılmasını və iki ölkə ərazisindəki münaqişənin Azərbaycan Respublikasının suverenliyinə hörmət, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına əsaslanan siyasi yolla həllinə nail olmaq üçün dialoqun qəbul edilməsini tələb edib.

Baş katiblik şəhid olan Azərbaycan vətəndaşlarının ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmasını diləyib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri