Okt
2020
14:14
1492
50
20868
Virtual karabakh

Prezidentin köməkçisi: “Araik Artunyan cəzasını aldı” - VİDEO

4 Okt, 2020
14:14
20868

Prezidentin köməkçisi: “Araik Artunyan cəzasını aldı” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanın bu əməlləri Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüz və hərbi işğal siyasətinin tərkib hissəsidir”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, atəş əmrini özünü qondarma rejimin rəhbəri adlandıran Araik Arutyunyan verib:

“Buradan ona demək istəyirəm ki, Araik Artunyan, sən ön xəttə deyilsən, bunkerdə gizlənmişdin. Səni Azərbaycan Silahlı Qüvvələri bunkerdən tapdılar və dəqiq endirilmiş zərbələr nəticəsində ağır yaralısan. Gəncə və Azərbaycanın digər şəhərlərinə qarşı törədilmiş bu cinayətlərə görə, Araik Artunyan cəzasını aldı. Onun kimi digər hərbi, müharibə cinayətkarları da öz layiqli cavablarını alacaqlar”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri