Okt
2020
16:00
1659
51
11206
Virtual karabakh

Vladimir Putin Moskvaya gələcək Ermənistan XİN başçısı ilə görüşməyəcək

8 Okt, 2020
16:00
11206

Vladimir Putin Moskvaya gələcək Ermənistan XİN başçısı ilə görüşməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya, Azərbaycan və Ermənistan başçıları - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün üçtərəfli görüşü planlaşdırılmır.

TASS xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

“Hazırda belə bir görüşdən söhbət getmir”, - o, deyib.

Eyni zamanda, onun sözlərinə görə, Putinin 12 oktyabrda Rusiyaya səfər edəcək Ermənistanın XİN başçısı Zohrab Mnatsakanyanla da görüşü planlaşdırılmır:

“Hazırda belə bir şey yoxdur”.

O, qeyd edib ki, erməni nazir rusiyalı həmkarı ilə (Sergey Lavrovla) danışıqlar aparacaq.

Peskovun sözlərinə görə, Putin mütəmadi olaraq Paşinyanla telefon danışıqları aparır, “bu dialoq davam edəcək”.

Peskov Dağlıq Qarabağdakı vəziyyətin həlli üçün siyasi səylərin davam etdirildiyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri