Okt
2020
11:22
69
1137
10878
Virtual karabakh

Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi

9 Okt, 2020
11:22
10878

Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Ermənistan xarici işlər nazirləri cümə günü Moskvada Dağlıq Qarabağla bağlı keçiriləcək məsləhətləşmələrdə iştiraklarını təsdiqləyiblər.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

Onun sözlərinə görə, hazırda bu tədbir üçün hazırlıqlar davam edir.

“Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqlədi. Aktiv hazırlıqlar davam edir”, - deyə o bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin müzakirələrin aparılması üçün Azərbaycan və Ermənistan XİN rəhbərlərini bu gün Rusiyaya dəvət edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri